Jurnal Haqqında

Image

ARAS elm və araşdırma jurnalı (ISSN) beynəlxalq standartlara cavab verən və ildə 4 dəfə dərc olunan elmi nəşrdir.

Jurnalda dövrümüzün ən vacib məsələləri ilə bağlı materiallar dərc olunur.

Nəşr üçün göndərilən məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində yazıla bilər. Jurnalda Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında təhsil alan magistrantların əvvəllər dərc olunmamış məlumat, tədqiqat və icmal xarakterli məqalələri nəşr olunur.

Jurnalın əsas məqsədi elm və cəmiyyət arasında əlaqə yaratmaqdır. Müxtəlif fəaliyyət sahələrində çalışan alimlər öz materiallarını dərc etmək imkanına malikdirlər.

Jurnalda məqalələr ən azı 2 dəfə rəydən keçdikdən sonra dərc olunur. Çap edilən bütün məqalələr jurnalın saytının arxiv bölməsində saxlanılır.

Jurnal aşağıdakı elm sahələrini əhatə edir:

  • • Texniki elmlər
  • • Təbiət elmləri
  • • Humanitar və ictimai elmlər
  • • Pedaqoji-psixoloji elmlər
  • • Sosial-siyasi elmlər